1. Dekant ətir nədir?
Dekant ətir anlayışı ona görə yaranmışdır ki, insanlar tam ölçüdə ətri almaq əvəzinə kiçik ölçüdə alıb bir müddət sınamaq imkanı əldə etsinlər. Beləliklə ətrin onlar üçün uyğun olub olmadığını öyrənə bilərlər. Biz də bu yolla 5/10/15/20 ml ölçüdə və müxtəlif qablaşdırma seçimləriylə original ətirlər təqdim edirik.
2. Dekant ətirlər originaldır mı?
Dekant ətirlərin üstünlüyü də odur ki, ətirlər original öz flakonundan kiçik ölçüdə qaba doldurulur və olduğu kimi də sizə təqdim edilir. Original ətirlərdə əlavə qatqı anlayışı yoxdur. Ətir istehsalçı tərəfindən necə buraxılıbsa o formada da satılır.
3. Ətirlərin original olduğunu necə bilmək olar?
Biz işimizə məsuliyyətlə yanaşırıq və insani dəyərlərə, dürüstlüyə çox önəm veririk. Ətirləri yalnız rəsmi mənbələrdən əldə edirik. Sadəcə original flakonundan dekant qablara doldurub sizə təqdim edirik. Bu proseslə bağlı bir çox videolar paylaşırıq. Siz də sınayın və originallığa əmin olun.
4. Çatdırılma var?
Çatdırılma 28 may və ya Sahil metrostansiyalarına edilə bilər. Rayonlara da çatdırılma mümkündür. Əlavə olaraq Bolt Delivery və ya Yandex Delivery ilə də şəhəriçi express çatdırılma edə bilərik. Daha ətraflı məlumatı “Çatdırılma” səhifəsinə keçid edərək əldə edə bilərsiniz.
5. Ödənişi necə etmək olar?
Ödənişlər kart vasitəsilə və ya təhvil zamanı nağd olaraq edilə bilər. Ətraflı məlumatı sifariş zamanı əldə edə bilərsiniz.
6. Ətirlərdə qalıcılıq anlayışı
Ətirlərdə qalıcılıq anlayışı ətrin konsentrasiya həcminə görə dəyişir. Ətirlər Eau De Toilette (EDT), Eau De Parfum (EDP), Parfum, Elixir və.s olaraq dəyişə bilir. Qalıcılıq və şleyf də bir başa konsentrasiya ilə əlaqəlidir. Original ətir çox qalıcı və şleyfli ətir olmalıdır desək düzgün demiş olmarıq çünki hər ətirdə istifadə olunan inqrediyentlərə görə qalıcılıq və şleyf dəyişir.